Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-02-01 15:38:00
Tələbələr üçün qış kampı təşkil ediləcək 
8-12 fevral tarixlərində “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə Quba rayonunda “WinterCamp 2023” layihəsi çərçivəsində riyaziyyat, fizika və əlaqəli ixtisaslarda təhsil alan tələbələr üçün qış kampı təşkil ediləcək.
 
 
AzEdu.az xəbər verir ki, Quba rayonunda yerləşən Azərbaycan Dövlət İqtisad Universitetinin Tədris, İdman və İstirahət Kompleksində baş tutacaq kampın qiymətləndirmə mərhələsinin ikinci turu 4 fevral tarixində saat 11:00-da keçiriləcək. 
 
 
 Riyaziyyat, fizika və əlaqəli ixtisaslar üzrə III və IV kurslarda təhsil alan bakalavrlar, eləcə də magistratura səviyyəsində təhsil alan tələbələr 4 fevral saat 11:00-da Azərbaycan Texniki Universitetində keçiriləcək qiymətləndirmə imtahanlarında iştirak edə bilərlər.
 
 
Əlaqə: +99499 899 01 11
Ünvan: Azərbaycan Texniki Universiteti (H.Cavid prospekti 25, Bakı).