Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-31 15:22:00
“CyberCamp 2023” qış kampı təşkil ediləcək. 
8-12 fevral tarixlərində “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə Quba rayonunda “CyberCamp 2023” qış kampı təşkil ediləcək. Quba rayonunda yerləşən Azərbaycan Dövlət İqtisad Universitetinin Tədris, İdman və İstirahət Kompleksində baş tutacaq kampın qiymətləndirmə mərhələsinin ikinci turu 4 fevral tarixində keçiriləcək. 
 
AzEdu.az xəbər verir ki, layihənin məqsədi kibertəhlükəsizlik sahəsində özünü inkişaf etdirmək istəyən və bu sahədə karyera hədəfləri olan tələbə və gənclərin bir mühitdə toplanması, komanda işinə cəlb olunması və yeni iş imkanları əldə etməsinə şərait yaradılmasıdır.
 
 
Qeydiyyatdan keçmiş iştirakçıların ilkin biliklərinin yoxlanılması üçün 4 fevral saat 10:00-da Azərbaycan Texniki Universitetində növbəti qiymətləndirmə imtahanı təşkil ediləcək. Praktiki tapşırıqlardan ibarət olan imtahandan uğurla keçən şəxslər kampda iştirak hüququ qazanacaqlar.
 
 
Kampda iştirakçı sayı məhduddur. Seçilən şəxslərə qış kampı barədə məlumatlar elektron poçt vasitəsilə göndəriləcək.
 
 
Qeydiyyat üçün keçid: https://forms.gle/n79cyKA7VPknRWcH6
 
 
İmtahanın keçiriləcəyi ünvan: Azərbaycan Texniki Universiteti (H.Cavid prospekti 25, Bakı).
 
 
Əlaqə: +99499 899 01 11