Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-14 15:04:09
Azərbaycanda bu fakültədə oxuyan ən “zəif” tələbə 651 bal toplayıb – Universitet rekordu

“Bu il Bakı Ali Neft Məktəbinin Neft-qaz mühəndisliyi ixtisasına ödənişli əsaslarla qəbul olan və ən az bal toplayan abituriyentin balı 651 olub”.

AzEdu.az  xəbər verir ki, bu sözləri Bakı Ali Neft Məktəbində keçirilən “Bilik günü” tədbirində BANM-ın rektoru Elmar Qasımov deyib. Onun sözlərinə görə, ölkə üzrə ümumilikdə 700 bal toplayan abituriyentlərin ən çox seçdiyi ixtisas Proseslərin avtomatlaşdırılması mühəndisliyidir.

“Bu ixtisas üzrə 677 balla ödənişli oxuyan tələbəmiz var. Respublika üzrə orta bal göstəricilərinə görə birinci yerdə gəlirik. Bu il Bakı Ali Neft Məktəbinin Neft-qaz mühəndisliyi ixtisasına ödənişli əsaslarla qəbul olan və ən az bal toplayan abituriyentin balı 651 olub. Ümumilikdə? 179 tələbə BANM-a qəbul olunub. 2018-ci ildə ali məktəbə daxil olan ən gənc tələbəmizin isə 16 yaşı var”.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları