Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-17 10:21:00
Abituriyentlər üçün növbəti vacib seminar -DİM-dən şans

Dövlət İmtahan Mərkəzində Azərbaycan dili fənni üzrə buraxılış və qəbul, ingilis dili fənni üzrə ümumi (9 illik) və tam orta (11 illik) təhsil səviyyələri üzrə buraxılış, informatika fənni üzrə isə qəbul imtahanlarında istifadə ediləcək qiymətləndirmə tapşırıqlarının hazırlanması, ekspertizası və yoxlanılmasına dair hazırlıq kurslarının növbəti məşğələləri keçirilib.

 

Hazırlıq kursları həm əyani, həm də onlayn ­­formada keçirilib.

 

Hazırlıq kurslarında yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində həmin fənn üzrə təhsil alan sonuncu kurs tələbələri, magistrlər iştirak ediblər.

 

Moderatorlar – Azərbaycan dili fənni üzrə Saməddin İbrahimov və ingilis dili fənni üzrə Nərminə Əliyeva kurs iştirakçılarının hazırladıqları tapşırıqların müzakirəsini aparıblar. Hər bir tapşırıq fənn kurikulumuna görə alt standartların tələbləri, tapşırıqların tipi, məzmunu və mürəkkəblik dərəcəsi baxımından təhlil edilib. İştirakçılar tapşırıqlarla bağlı fikirlərini bildirərək, təkliflər veriblər. Sonda kurs iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 

İnformatika fənni üzrə hazırlıq kursunda isə moderator Anar Rəşidov "Python" proqramlaşdırma dilində "Sətirlər (strings) və onlar üzərində əməllər" mövzusunda təqdimatla çıxış edib.

 

Təqdimat ətrafında müzakirələr aparılıb. Kurs iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 

Növbəti həftə müzakirələr davam etdiriləcək.