Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-16 14:12:00
DİM hazırlıq kurslarının növbəti məşğələsi keçirilib

Dövlət İmtahan Mərkəzində fizika və biologiya fənləri üzrə qəbul, riyaziyyat fənni üzrə isə ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyələri üzrə həm buraxılış, həm də qəbul imtahanlarında istifadə edilən qiymətləndirmə tapşırıqlarının hazırlanması, ekspertizası və yoxlanılmasına dair hazırlıq kurslarının növbəti məşğələsi keçirilib.

 

AzEdu.az xəbər veri ki , kurslarda yalnız elektron qeydiyyatdan keçmiş, ixtisası müvafiq fənnə uyğun olan müəllimlər, metodistlər və pedaqoji profilli ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin sonuncu kurs tələbələri və magistrlər iştirak ediblər.

 

Hazırlıq kursu onlayn formada keçirilib.

 

Moderatorlar – fizika fənni üzrə Əlövsət Rəcəbli, biologiya fənni üzrə Nailə Əliyeva, riyaziyyat fənni üzrə isə Aqşin Abdullayev kurs iştirakçılarının hazırladıqları tapşırıqların müzakirəsini aparıblar. Hər bir tapşırıq fənn kurikulumuna görə alt standartların tələbləri, tapşırıqların tipi, məzmunu və mürəkkəblik dərəcəsi baxımından təhlil edilib. İştirakçılar müzakirə ilə bağlı fikirlərini bildirərək, təkliflər veriblər. Sonda kurs iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 

Bu mərhələ iştirakçıların həm müəllif, həm də ekspert kimi formalaşmasına xidmət edir. Növbəti həftə müzakirələr davam etdiriləcək.