Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-13 12:01:00
BMU-nun əməkdaşları Erasmus+ KA2 layihəsi çərçivəsində kursda iştirak ediblər

Bakı Mühəndislik Universitetinin (BMU) tərəfdaşı olduğu, Avropa İttifaqının maliyyələşdirdiyi və İsveçin Linkopinqs Universitetinin rəhbərliyi ilə icra olunan “Tərəfdaş universitetlərdə mobil tətbiqlərin və oyun dizaynı magistr proqramlarının hazırlanması (MAGnUS)” adlı Erasmus+ KA2 layihəsi çərçivəsində “Təlimçilər üçün təlim” kursu (11-12 yanvar) təşkil edilib. Kurs İsveçin Linkopinqs Universitetindən dəvət olunmuş iki ekspert - Ullakarin Sundqvist Nilsson və Jörg Schminder tərəfindən keçirilib.

 

AzEdu.az xəbər verir ki, “Yeni informasiya texnologiyaları ilə dəstəklənən təhsil mühiti” mövzusundan bəhs olunan kursda BMU-nun əməkdaşları- Əli Həsənov, Etibar Seyidzadə, Rauf Süleymanlı və Arif Nəcimov fəal iştirak ediblər. Digər tərəfdaş universitetlərin (BDU və ADNSU) “MAGnUS” Erasmus+ KA2 layihəsinə cəlb olunmuş əməkdaşlarının da qatıldığı kursun sonunda iştirakçılara sertifiklatlar təqdim olunub.

 

Adıçəkilən layihənin əsas məqsədi Avropa İttifaqına daxil olmayan universitetlər üçün Bolonya prinsiplərinə uyğun və müasir tələblərə cavab verən “Mobil tətbiqlərin və oyun dizaynı” magistr proqramını hazırlamaqla informasiya texnologiyaları (İT) tədrisinin keyfiyyətini yaxşılaşdırmaq və İT məzunlarının məşğulluğunu artırmaqdır. Tərəfdaş ali təhsil ocaqlarının İT tədrisi ilə məşğul olan müəllimlərin bilik və bacarıqlarının artırılması, həmçinin müasir tələblərə cavab verən laboratoriyanın qurulması da layihənin məqsədləri sırasına daxildir (https://magnus2020.org/).