Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-11 10:38:00
MDU-da “Açıq qapı” günləri keçiriləcək

2022/2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyasının başlanması ilə əlaqədar olaraq Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramovun iştirakı ilə “Açıq qapı” günləri keçiriləcək.

 

AzEdu.az xəbər verir ki, İmtahan dövründə tələbə və magistrantların, həmçinin onların valideynlərinin yarana biləcək suallarının operativ cavablandırılması məqsədi daşıyan “Açıq qapı” günləri həftədə bir dəfə hibrid formada təşkil olunacaq.

 

Görüşlərdə MDU-nun tələbələri, magistrantlar və onların valideynləri iştirak edə bilərlər.

 

İlk “Açıq qapı” günü 2023-cü ilin 11 yanvar tarixində keçiriləcəkdir.

 

Görüşə qatılmaq istəyənlər [email protected] elektron poçt ünvanına müraciət edə bilərlər.