Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-01-09 10:32:00
MDU-da Konfrans keçiriləcək

2023-cü ilin 24-25 fevral tarixlərində Mingəçevir Dövlət Universiteti (MDU) və İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutunun təşkilatçılığı ilə Hoca Əhməd Yəsəvi adına VII Beynəlxalq Elmi Tədqiqatlar Konfransı keçiləcəkdir.

 

AzEdu.az xəbər verir ki, artıq VII dəfə keçirilməsi planlaşdırılan konfransa ev sahibliyini MDU edəcək.

 

Konfransa tezis göndərmək üçün son müraciət tarixi: 10.02.2023

 

Hər kəs tezis göndərərək konfransda iştirak edə bilər.

 

Konfrans bütün sahələr üzrə araşdırmalara açıqdır.