Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-31 11:59:00
Xarici diplomu təsdiqləmək üçün iki yüz əlli manat verilməsi doğru deyil -PROBLEM

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli , 64 nömrəli qərarı ilə təsdiq edilmiş qərara bir əlavə edilib. Ərizəçilərin xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması üzrə sənədlərin qəbulu və ekspertizasının keçirilməsi 50 AZN-dan 250 AZN qaldırılıb.



Bəs məbləğin bu qədər artması nə dərəcədə doğrudur? Bu məbləğ Azərbaycan xalqının cibinə uyğundurmu?

 

Mövzu ilə bağlı AzEdu.az-a açıqlamasında ali təhsil məsələləri üzrə ekspert Vüsal Kərimli xarici diplomların təsdiqi zamanı verilən məbləğin olduqca yüksək olduğunu vurğulayıb:


“Xarici diplomların təsdiqi zamanı tələb olunan dövlət rüsumu qanunvericilikdə 2020-ci ildə edilən dəyişikliyə görə, iki yüz əlli manata çatdılırıb.Sənədlərin tərcümə edilməsi də əlavə vəsait tələb edir. Hazırda Türkiyədə bunun qiyməti yüz əlli türk lirəsidir Bu isə bizim məbləğ ilə 30 azn-ə bərabərdir. Türkiyənin əmək haqqıyla bizim əmək haqqını qarşılaşdırsaq, ciddi bir fərq görərik. Bu kağızı dəyərli hesab etsək maksimum on manat ola bilər. Qiymətin bu qədər yüksək olması ciddi bir problemdir.

 

Digər bir məsələ isə, ekspertlərlədir.Tələbələrin diplomlarının qiymətləndirilməsi zamanı müəyyən hallarda ideaçını ekspert şurasına dəvət edirlər. Burada sual ortaya çıxır ki, bu ekspertləri kim necə formalaşdırır və onları kim təyin edir və ümumiyyətlə onların elə bir hüquqları varmı ki, diplom haqqında rəy yazsın ?!”

 

Ekspertin fikrincə, Xarici diplomun təsdiqləmək üçün iki yüz əlli manat verilməsi doğru deyil:

 

“Diplomların qiymətləndirilməsi üçün Türkiyədə ekspertlərin xüsusi qrumu var. Türkiyədə ekspert qruplarına verilən məbləğ bizə nisbətən çox azdır.Bizim ölkədə bu məbləğin 250 AZN olması adekvat olmayan bir qərardır. Bu gün insanların büdcəsi üçün bu həddən artıq çoxdur. Xaricdə diplomların təsdiqi zamanı qiymətin niyə görə belə olduğunu aydınlaşdırmaq lazımdır.On manatlıq kağızın təsdiqlənib verilməsi üçün iki yüz əlli manat verilməsi doğru deyil”-deyə, o fikirlərini tamamlayıb.