Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-30 18:10:00
"Mesenat" şəhid və qazi övladları üçün şənlik keçirdi  

 

Mesenat Xeyriyyə Cəmiyyəti Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə şəhid və qazi övladları, həmçinin aztəminatlı ailələrin övladları, kimsəsiz, əqli və fiziki qüsurlu uşaqlar üçün bayram şənliyi təşkil edib.

 

Açıklama yok.

Tədbirin həyata keçirilməsində əsas məqsəd  şəhid ailələri və qazilərin, eləcə də aztəminatlı ailələrin övladlarına diqqət və qayğı yönümlü dövlət siyasətimizə ictimai dəstək olmaqla yanaşı vətəndaş töhfəsi vermək, həmin kateqoriyadan olan uşaqların sevincinə səbəb olmaqdır.

 

Açıklama yok.

Bayram şənliyində müxtəlif şoular göstərilib, əyləncəli oyunlar təşkil edilib və cizgi film personajlarının iştirakı təmin edilib.  Musiqi nömrələri, səhnəciklər və rəqslərlə keçirilən şənlikdə 300 nəfərdən çox uşağa bayram hədiyyələri təqdim olunub.

 

Açıklama yok.

 

Tədbirin ərsəyə gəlməsində könüllü xeyirsevərlər ETİ şirkəti və Gold City şadlıq sarayı xüsusi dəstək göstərib və uşaqların sevincinə səbəb olub. Uşaqların üzündə təbəssümə dəstək olan bütün xeyirsevərlərə təşəkkür edirik.

 

Açıklama yok.

Qeyd edək ki, Mesenat Xeyriyyə Cəmiyyəti artıq beşinci ildir ki, şəhid, qazi və aztəminatlı ailələrin övladarı üçün Yeni il tədbiri təşkil edir. Bundan başqa, ehtiyaclı ailələrə xeyirsevərlərin dəstəyi sayəsində bacardığı yardımı göstərir. Siz də Mesenat Xeyriyyə Cəmiyyətinin layihələrinə qoşularaq ehtiyacı olanlara yardım edə bilərsiz.

Açıklama yok.

Açıklama yok.

 

Açıklama yok.

Açıklama yok.