Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-28 18:04:00
Müəllimlər arasında futzal yarışının finalı  keçirildi - FOTOLAR

 

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 6-cı qrant müsabiqəsi çərçivəsində qalib olan Şamaxı rayon Həmyəli kənd tam orta məktəbinin ""Sağlam Bədəndə Sağlam Ruh" "Gənc müəllimlər arasında futzal yarışı" layihəsi çərçivəsində Final oyunu keçirildi.

 

I və II yer uğrunda mübarizə "Mübariz" və "Çempion" komandaları arasında baş tutub.

 

Oyunun sonunda "Mübariz" komandası 5-1 hesabı ilə qalib gəlib.

 

Qalib komandanı təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq.

 

Qeyd edək ki, ""Sağlam Bədəndə Sağlam Ruh "Gənc müəllimlər arasında futzal yarışı" layihəsi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 6-cı qrant müsabiqəsinin qalibidir.

 

Layihənin bağlanış tədbiri final oyununa təsadüf edib. Mükafatların təqdimar mərasimində Dağlıq Şirvan Regional Təhsil İdarəsinin və Şamaxı rayon Təhsil Sektorunun əməkdaşları iştirak ediblər.

 

#AzərbaycanRespublikasıElmvəTəhsilNazirliyi

#VIQrantMüsabiqəsi

#DağlıqŞirvanRTİ

#ŞamaxıRTS

#HəmyəliKəndTamOrtaMəktəb