Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-27 12:47:00
Ötən il BŞTİ ilə 199 müqavilə imzalanıb  

Təhsil müəssisələrinin maddi-texniki bazasından dərsdənkənar və təhsilalanların istifadəsində olmadığı vaxtlardan istifadə edilməklə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəblərdə müxtəlif idman növləri, xarici dil, şahmat, musiqi, rəqs və digər kursların təşkili üçün 188 üçtərəfli birgə fəaliyyət müqaviləsi imzalanıb.

 

AzEdu.az xəbər verir ki, ali təhsil və orta ixtisas müəssisəsi tələbələrinin BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində pedaqoji təcrübə keçmələri ilə bağlı 126 ümumi təhsil müəssisəsini və məktəbəqədər təhsil müəssisəsini əhatə edən 11 ikitərəfli müqavilə imzalanıb.