Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-12 16:30:00
“Bəzi məktəblərdə buraxılış imtahanlarının nəticələri kifayət qədər yaxşı olmayıb”  - Nazir müavini    

Son illərin təhlilləri göstərir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində olan məktəblərdə orta və tam orta səviyyələri üzrə rus bölmələrində bəzi siniflər ümumiyyətlə fəaliyyət göstərmir.

AzEdu.az-ın məlumatına görə, bunu BŞTİ-nin müdir vəzifəsini icra edən, təhsil nazirinin müavini Məhəbbət Vəliyeva bunu Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bəzi siniflərdə isə şagird sayı azlıq təşkil edir:

"Bu sahədə kadr çatışmazlığı da əlavə problemlər yaradır. İlkin təhlillər bəzi məktəblərdə rus bölməsinin bütün siniflər üzrə davamlı olmadığını, sinif sayının 2-3, bəzilərində isə 8-9 olduğunu göstərib. Şagird sayının azlığına baxmayaraq, həmin məktəblərdə buraxılış imtahanlarının nəticələri kifayət qədər yaxşı olmayıb. Bu da təhsilin keyfiyyət göstəricilərinə mənfi təsir edib. Buna görə də BŞTİ son 3 ildə davamlı şəkildə 9-cu siniflərin tədrisini təmin edə bilməyən məktəblərin siniflərini yaxın ərazilərə köçürülməsi və təhsilin daha keyfiyyətli təşkil olunmasına şərait yaradıb".

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları