Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-26 15:19:00
Müəllimlər üçün Təlim Akademiyası təşkil olunacaq

2023-cü ilin fevral ayında keçiriləcək “Sabahın alimləri” XII Respublika Müsabiqəsi çərçivəsində müəllimlər üçün Təlim Akademiyası təşkil olunacaq. Burada müxtəlif elm adamları, sahə üzrə mütəxəssislər və digər maraqlı şəxslərlə görüşlər təşkil olunacaq. 

 

AzEdu.az xəbər verir ki, Təlim Akademiyası əsasən “Sabahın alimləri” Respublika müsabiqəsinin 8 istiqaməti (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri) üzrə IX-XI siniflərdə tədris edən müəllimlər üçün nəzərdə tutulur. 

 

Təlim Akademiyasında iştirak etmək istəyən müəllimlər 2023-cü ilin 8 yanvar tarixinədək   www.sabahinalimleri.edu.az internet səhifəsindən aşağıdakı linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər:

 

https://forms.gle/y5imwRgesE4EGt3n7