Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-23 10:48:00
31 şagird müsabiqədə uğur qazanıb

“Hekayəni paylaş” (“Share your story”) videotəqdimat müsabiqəsinin final mərhələsi yekunlaşıb.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumi təhsil müəssisələrinin Vlll-Xl sinif şagirdləri arasında keçirilən müsabiqənin I mərhələsindən uğurla keçmiş 31 şagird II mərhələdə hekayələrini interaktiv çıxış formatında canlı olaraq təqdim ediblər.

 

AzEdu.az xəbər verir ki, qiymətləndirilmə zamanı sərbəstlik, özünüifadə bacarığı, ingilis dilində fikirlərin düzgün və səlis ifadə edilməsi, vaxtın düzgün idarə olunması, danışılan mövzu ilə bağlı şəxsi mülahizələrin bildirilməsi, auditoriyanın ələ alınması əsas meyarlar kimi götürüləcək.

 

Müsabiqənin yekununda ümumilikdə 9 iştirakçı (3 nəfər I, 3 nəfər II, 3 nəfər III) qalib seçiləcək. Həmçinin 6 nəfər həvəsləndirici yerə layiq görüləcək, digər iştirakçılar isə müxtəlif nominasiyalar üzrə təltif olunacaq. Qaliblərə BŞTİ tərəfindən diplom və hədiyyələr veriləcək.

 

Qeyd edək ki, müsabiqə şagirdlərin ingilis dilində özünüifadə bacarığının təkmilləşdirilməsi, danışıq səriştəsinin artırılması, ingilis dilinin öyrənməklə beynəlxalq olimpiadalar və müsabiqələrdə iştirak imkanlarının genişləndirilməsi, xarici dildə kommunikasiya kompleksinin aradan qaldırılması, səlis və düzgün danışıq qabiliyyətinin inkişaf etdirilməsi məqsədilə keçirilir.