Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-22 15:28:00
Bakıda VII sinif şagirdi vəfat edib

 

Bakıda yerləşən 285 nömrəli tam orta məktəbin VII sinif şagirdi vəfat edib.

 

AzEdu.az xəbər verir ki, 22 dekabr 2022-ci il tarixində saat 13:00 radələrində səhhətində yaranan problemlə bağlı şagirdin halı pisləşib.

 

Məktəbin tibb işçisi tərəfindən dərhal həkim tövsiyəsinə uyğun olaraq (məktəbli səhhətindəki problemə görə həkim nəzarətində idi) müdaxilə edilib, ilkin tibbi yardım göstərilib. Məktəb rəhbərliyi tərəfindən təcili-tibbi yardım çağırılıb, şagirdin ailəsinə və hüquq-mühafizə orqanlarına məlumat verilib. Ancaq bunlara baxmayaraq şagird təcili-tibbi yardım maşını ilə xəstəxanaya aparılarkən yolda vəfat edib.

 

285 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi kədərləndiyini bildirir, vəfat edən məktəblinin ailəsinə və doğmalarına dərin hüznlə başsağlığı verir.