Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-21 12:33:00
50 məktəbin inkişaf planı hazırlanacaq  

Bakı Şəhəri üzrə Təhsil İdarəsi Təlimə Dəstək Mərkəzi (TDM) tərəfindən 30 məktəbin İnkişaf Planı hazırlanıb.

 

AzEdu.az xəbər verir ki, İnkişaf Planı hazırlanan məktəblərin kollektivləri ilə görüşlər keçirilib.

 

Görüşlərdə TDM-in metodistləri məktəblərdəki real vəziyyətlə tanış olmaq üçün dərs müşahidələri aparıb, təlim-tərbiyə prosesinin inkişafına yaxından dəstək göstərmək məqsədilə məktəb kollektivi ilə müzakirələr təşkil ediblər.

 

Qeyd edək ki, növbəti təqvim ilində 50 məktəbin inkişaf planının hazırlanması nəzərdə tutulub.