Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-20 14:32:00
Bakıda müəllim və şagirdlərin sayı açıqlanıb

Bakıda müəllim və şagirdlərin sayı açıqlanıb.

 

AzEdu.az xəbər verir ki, BŞTİ-nin tabeliyində 310 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 5 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 318 məktəb, 331 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.

 

BŞTİ-nin tabeliyindəki məktəblərdə 483 223 şagirdin təlim-tərbiyəsi ilə 28 437 müəllim məşğul olur.

 

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin I siniflərində 45 245, IX siniflərində 40 023, XI siniflərində 26 438, XII siniflərində isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 144 nəfər şagird təhsil alır.