Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-19 17:39:00
Xalq şairi şagirdlərlə görüşəcək

 “Məktəbdə...” layihəsinin növbəti görüşü dekabrın 20-də Bakı şəhəri 28 nömrəli tam orta məktəbdə keçiriləcək.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan layihənin budəfəki qonağı Xalq şairi Ramiz Rövşən olacaq.

 

AzEdu.az xəbər verir ki, görüşdə məktəb və müəllimin insanların formalaşdırılmasında rolu, ixtisas seçimi və peşə sahələrinə yönəlməyə təsir edən amillər,  mütaliə vərdişləri, müəllim-şagird münasibətləri, yeniyetmə və gənclərdə ictimai məsuliyyət hissi və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparılacaq, məktəbliləri düşündürən suallara aydınlıq gətiriləcək.

 

Layihənin informasiya dəstəyi “Kaspi” qəzeti və Kaspi.az saytıdır. 

 

Görüşü, həmçinin Baku TV onlayn televiziyası da işıqlandıracaq.