Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-19 16:34:00
“Sertifikasiya şərtlərini daha da sərtləşdirmək lazımdır”-İrad və təklif

 

 "Sertifikasiya qaydalarını  və tələblərini daha da  möhkəmləndirmək lazımdır.Bu yolda müəllimlərə heç bir şans verilməməlidir".

 

Deputat Qüdrət Həsənquliyevin  “repetitorluğa son qoyulmalıdır”  fikri  böyük səs-küyə səbəb oldu. Bəziləri bu fikri dəstəkləsə də, bir qisim bunun düzgün olmadığını vurğuladı.

 

Repetitorluq fəaliyyətinə həqiqətən ehtiyac varmı? Bu qədər irad və etirazlara baxmayaraq, hazırda niyə görə demək olar bütün şagirdlər repetitor yanına gedir?!

 

Mövzu ilə bağlı fikirlərini təhsil və qəbul məsələləri üzrə ekspert Sevinc Purkeştasib AzEdu.az-la bölüşüb:

 

O, repetitor fəaliyyətin genişlənməsinin səbəblərin söz açdı:

 

"Repetitorluq fəaliyyətin genişlənməsinin səbəbi, ilk olaraq  respublikamızın 87-90 faiz məktəblərində tədris prosesinin aşağı səviyyədə olmasıdır.

 

Sevinc Purkeştasib: “Buraxılış imtahanlarındakı yüksək nəticələr  məktəblərin uğuru deyil”

 

Bunu bir çox məsələlərlə əlaqələndirirlər. Sinifdə şagird sayının çox olması, oxuyan və oxumayan şagirdlərin eyni sinifdə oturması kimi və s...

 

Bu gün müəllim əlavə olaraq repetitorluq fəaliyyəti ilə məşğuldusa, başlıca səbəbi təhsilverənin  orta  əmək haqqı ilə kifayət qədər olmamasıdır. Bu da respublikamızda müəllimlərə verilən dəyərin aşağı seviyyədə olduğunu göstərir. 

 

Ekspertin sözlərinə görə, müəllimlərin  əmək haqqıları onların maddi ehtiyacının heç 20-25 faizini ödəmir:

 

“Müəllimlərin  əmək haqqıları onların maddi ehtiyacının heç 20-25 faizini ödəmir. Bunun üçün də bəzi müəllimlər  öz biliklərini  şagirdlərə "sataraq" gəlirlərini artırır. Bu da müəllimin həddindən artıq  yüklənməsi deməkdir".

 

S.Purkeştasib repetitor fəaliyyətinin  hazırki dövr üçün danılmaz faktor  olduğunu vurğulayıb:

 

 

"Mən repetitorluq fəaliyyətin əleyhinə deyiləm. Orta məktəblərdə şagirdə verilmiş dərslər həqiqətən də DİM -proqramını əhatə etsə və müəllimlər dərslərini vicdanla  yerinə yetirsələr, düşünürəm ki, repetitorluq fəaliyyətinə  ehtiyac qalmaz.

 

Repetitor fəaliyyəti hazırki dövr üçün danılmaz faktordı. Əvvəllər repetitor fəaliyyəti 10-11-ci siniflərdə başlayırdısa, indi valideynlər artıq birinci sinifdən etibarən övladlarını hazırlığa qoyur. Onu da demək lazımdır ki, bəzi valideynlər  “qonşudan geri qalma” adı ilə bu addımı atır".

 

Ekspert  sertifikasiya qaydalarını  və tələblərini daha da  möhkəmləndirmək lazım olduğunu bildirdi:

 

“Orta məktəblərdə bəzi müəllimlərin öz biliklərinin şagirdlərə yetərincə çatdırmaması bu kimi mənfi hallara yol açır. Elm və təhsil naziri çıxışında qeyd etdi ki, məktəblərdə ixtisasını yetərincə bilməyən müəllimlər var. Bunun  artıq çıxış yolunu tapmaq lazımdır.

 

Çünki həm savadsız gənclik yetişir ki, onlar həm də maddi cəhətdən ailəyə ciddi zərbələr vurur. Valideyn övladının  zəif olduğunu görəndə məcbur olur  ki,  onu əlavə hazırlığa qoysun. Hazırki dövrümüzdə isə bu  iqtisadi cəhətdən  çox çətindir. 

 

Ona görə də sertifikasiya qaydalarını  və tələblərini daha da  möhkəmləndirmək lazımdır. Bununla da  savadsız müəllimləri məktəblərdən uzaqlaşdıra bilək.  Düşünürəm ki, bu zaman müəllimlərə  heç bir şans verilməməlidir"- deyə, ekspert sözlərini tamamlayıb”.

 

 

 

 

 

Gülcahan Məmmədova
Müəllifin digər yazıları