Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-11 17:00:00
Yevlaxda Təhsil işçilərinin sentyabr konfransı keçirildi - FOTOLAR

Yevlax rayon Təhsil işçilərinin 2018- ci il Sentyabr konfransı keçirilib.

AzEdu.az xəbər verir ki, 7 sentyabr 2018-ci il tarixində Yevlax rayon Təhsil işçilərinin Sentyabr (2018) konfransı keçirilib.

Şəhər İcra Hakimiyyətinin iclas zalında keçirilən konfransda icra hakimiyyəti başçısının müavini Elnarə Əzizova, Yevlax şəhər Təhsil şöbəsinin müdiri Zərifə Məmmədova, Təhsil Nazirliyinin nümayəndəsi, Təhsil institutunun direktor müavini Ənvər Abbasov, rayonun qabaqcıl təhsil işçiləri, məktəb direktorları, müəllimlər, yüksək balla ali məktəblərə qəbul olan abituriyentlər və onların valideynləri iştirak edib.

Konfrans ulu öndərin abidəsinin önünə gül qoyulduqdan sonra dövlət himninin səsləndirilməsi ilə başlayıb. Təhsil şöbəsinin müdiri Z.Məmmədova konfransı giriş sözü ilə açdıqdan sonra "2017-2018-ci dərs ilinin yekunları və qarşıda duran vəzifələr" mövzusunda geniş məruzə edib.

Konfrans məruzə ətrafında çıxışlarla davam etdirilib.

Sonda rayonun ümumtəhsil məktəblərini bitirib ali məktəblərə qəbul imtahanlarında 500 və 600-dən çox bal toplayan məzunları icra hakimiyyətinin fəxri fərmanları və qiymətli hədiyyələri ilə təltif ediliblər.