Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-06 15:14:00
İbtidai sinif rus bölməsi üzrə vebinar keçiriləcək
 

ARTİ MİQ və sertifikasiyaya hazırlaşanlara dəstək məqsədilə vebinarlar təşkil edir.

 

AzEdu.az xəbər verir ki, budəfəki vebinar 7 dekabr tarixində saat 16:00-da ibtidai sinif rus bölməsi üzrə “Leksik və qrammatik mənalarına görə sözləri fəqləndirmə” mövzusunda keçiriləcək.

 

Vebinarda spiker qismində Bakı şəhəri T.Həsənov adına 23 N-li tam orta məktəbin ibtidai sinif müəllimi, qabaqcıl təhsil işçisi, “Məktəbə hazırlıq”, 1,2,3 və 4-cü siniflər üçün “Rus dili” dərslik komplektlərinin həmmüəllifi Bela Nuriyeva çıxış edəcək.

 

Qeyd edək ki, vebinar ARTİ-nin “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.