Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-12-06 14:46:00
Məktəb direktorlarının adaptasiya proqramına başlanılır

Dekabrın 8-dən ümumi təhsil müəssisələrinə cari tədris ilində işə qəbul olmuş direktorların adaptasiya proqramına start veriləcək.

 

Bu barədə AzEdu.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, proqram çərçivəsində “Kadr kargüzarlığının aparılması, işə qəbulun rəsmiləşdirilməsi”, “Təhsilin keyfiyyətinin artırılmasında məktəb direktorlarının rolu”, “Strateji və operativ planlaşdırma”, “Məktəbdə öyrədici mühitin yaradılması”, “Şagird nailiyyətlərinin artırılması”, “İdarəetmədə komanda fəaliyyətinin rolu və heyətin motivasiyası”, “Ümumi təhsil müəssisəsinin fəaliyyət planının hazırlanması” “Məktəbdə maliyyə məsələləri, əməkhaqqı və tarifləşdirilmə cədvəllərinin hazırlanması” və digər mövzularda təlimlər keçiriləcək.

 

Təlimlər “Microsoft Teams” platforması üzərindən həyata keçiriləcək.

 

Qeyd edək ki, cari tədris ilində 283 nəfər məktəb direktoru vəzifəsinə təyin edilib.