Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-15 14:31:00
Əmisi oğlu ilə nişanlanan məktəblinin valideyni polisə çağırıldı

Şəmkirdə 14 yaşlı qızın nişanlanması barədə məlumatlar yayılıb.

 

AzEdu.az  xəbər verir ki, məktəbli qızın ailəsinin razılığı ilə 26 yaşlı əmisi oğlu ilə nişanlandığı deyilir.

 

Məsələ ilə bağlı DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan Modern.az-a bildirilib ki, yayılan məlumatlarla bağlı araşdırmalara başlanılıb.

 

“Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları rayonda nişan mərasimi olduğu bildirilən yeniyetmə qızın evində olublar. Qızın ailəsi hələlik elçilik mərasimi keçirildiyini, yaxında isə nişan olacağını deyib. Yeniyetmənin valideynləri isə toy mərasiminin qanunun tələbinə uyğun olaraq qızlarının 18 yaşı tamam olduqdan sonra keçiriləcəyini bildiriblər. Qızın və oğlanın valideynləri Polis Şöbəsinə dəvət olunub, onlarla profilaktik söhbət aparılacaq”, - deyə məlumatda qeyd olunub.