Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-15 12:28:00
Pandemiya təhsilə trilyon dollarlarla ziyan vurdu-ÜST

“Əsrin ən ağır sağlamlıq böhranı 6 milyon insanın həyatına son qoyub və ticarət, turizm, biznes, təhsil, geosiyasət və s sahələrə trilyonlarla dollar ziyan vurub. COVID-19-a qarşı kollektiv mübarizəmizdə çox uzun bir yol qət etmişik, lakin pandemiya hələ arxada qalmayıb”.

 

Az.Eduaz xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus G20 liderlərinin Zirvə toplantısında çıxışı zamanı deyib.

 

Qebreyesusun sözlərinə görə, COVID-19 göstərdi ki, sağlamlıq risk altında olanda hər şey risk altına düşür:

 

“Biz bütün ölkələri sağlamlıq, rifahı təşviq etməyə və xəstəliklərin qarşısının alınması istiqamətində paradiqma dəyişikliyi etməyə çağırırıq. Sağlamlığa təhdid yardan əsas səbəblər - insanların yediyi yemək, içdikləri su, nəfəs aldıqları hava, yaşadıqları və işlədikləri şəraitlə bağlıdır”.