Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-15 11:23:00
Dünya əhalisi 8 milyarda çatdı

 

Dünya əhalisi 8 milyard nəfər olub.

 

AzEdu.az xəbər verir ki, bu barədə BMT-nin Əhali Fondunun (UNFPA) rəsmi internet səhifəsi məlumat yayıb.

 

UNFPA-nın 15 noyabr üçün verdiyi məlumata görə, dünya əhalisinin sayı 8 milyard nəfərə çatıb.

 

UNFPA tərəfindən dərc edilmiş hesabata əsasən, ehtimal olunur ki, 2030-cu ildə dünya əhalisi 8.5 milyarda, 2050-ci ildə 9.7 milyarda, 2100-cü ildə isə 10.4 milyarda nəfərə çatacaq.

Bütün dünyada əhalinin artım tempinin ləngiməsi fonunda, 2100-cü ilə kimi artım davam edəcək.

1970-ci ildən etibarən aşağı düşməyə başlayan artım tempi 2020-ci ildə ilk dəfə olaraq ildə 1 faizdən də aşağı düşüb.

Dünya əhalisinin 7 milyarddan 8 milyard nəfərə yüksəlməsi üçün 12 ilə yaxın zaman tələb olunduğu halda, 9 milyarda çatmaq üçün 14.5 il lazım olacaq və bu proses təxminən 2037-ci ilə kimi davam edəcək.

Verilən proqnozlara əsasən, Afrika ölkələrində (Böyük Səhranın cənubunda) əhalinin artım tempi 2050-ci ildə, yüksək doğum səviyyəsi səbəbindən, qlobal artımın 50 faizini təşkil edəcək.