Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-11 16:23:00
“Azərbaycan universitetləri beynəlxalq reytinq müstəvisində: gerçəklik və hədəflər” mövzusunda müzakirə aparılıb-VİDEO

Noyabrın 10-da 20 nömrəli məktəb-lisey kompleksində “AzEdu” təhsil portalının təşkilatçılığı ilə “Azərbaycan universitetləri beynəlxalq reytinq müstəvisində: gerçəklik və hədəflər” mövzusunda dəyirmi masa keçirilib.

 

AzEdu.az  xəbər verir ki, müzakirələrdə müxtəlif universitetləri təmsil edən beynəlxalq əlaqələr və elm-təhsil məsələləri üzrə prorektorlar, ali təhsil müəssisələrinin digər səlahiyyətli nümayəndələri, Milli Məclisin deputatları, təhsil məsələləri üzrə tanınmış ekspert və media təmsilçiləri iştirak ediblər.

 

Dəyirmi masada Milli Məclisin deputatları Musa Qasımlı, Kamilə Əliyeva, Ceyhun Məmmədov və Anar İsgəndərov çıxış ediblər. Deputatlar təhsilin keyfiyyətinin artırılması istiqamətində təkliflərini irəli sürüblər.

 

Tədbirdə Azərbaycan universitetlərinin beynəlxalq reytinq cədvəllərində irəliləməsi, bu istiqamətdə atılan addım və təşəbbüslər, mövcud problemlər müzakirə edilib. Müzakirələrdə ali təhsil müəssisələrində beynəlxalq reytinq cədvəlinin inkişaf tələblərinə uyğun görülən işlərə toxunmaqla yanaşı, bu istiqamət üzrə ən yaxın hədəflər də nəzərdən keçirilib.

 

 

 

 

Bakı Dövlət Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Həsənov, Azərbaycan Texniki Universitetinin elm və təhsil məsələləri üzrə prorektoru Fariz Mustafayev, Azərbaycan Memarlıq və İnşaat Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Nərgiz Abdullayeva, Bakı Slavyan Universitetinin rektor müşaviri Elçin Hüseynov və Beynəlxalq əlaqələr şöbəsinin məsul əməkdaşı Ülviyyə Məmmədova, Azərbaycan Dillər Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova, Qərbi Kaspi Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Kəklik Gözəlova, İlahiyyat İnstitutunun elm və innovasiyalar üzrə prorektoru Mirniyaz Mürsəlov, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və digər ali təhsil müəssisələrinin təmsilçiləri mövzu ilə bağlı çıxış ediblər.

 

Onlar təmsil etdikləri universitetlərin beynəlxalq reytinq cədvəlləri ilə bağlı fəaliyyət planlarını açıqlayaraq, gördükləri işlər barədə də məlumat veriblər.

 

 

Müxtəlif universitetləri təmsil edən beynəlxalq əlaqələr üzrə mütəxəssislər - Nurəngiz Mahmudova (ADPU), Sevlan Qurbanova (Azərbaycan Universiteti), Turan Süleymanov (UNEC) ali təhsil müəssisələrinin reytinq cədvəllərindəki gələcək inkişaf proqramı ilə bağlı məsələləri görüş iştirakçılarının diqqətinə çatdırıblar