Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-11 13:45:00
"Azərbaycandakı ailələr xarici universitetlər üçün sponsora çevrilib" -Musa Qasımlı

"Bu gün orta məktəbi aşağı nəticə ilə başa vuran övladlarımız Rusiyada,Ukraynada,Türkiyədə və başqa yaxın ölkələrdə imtahansız universitetə qəbul olurlar. Belə olan halda azərbaycanlı ailəsi həmin universitet üçün sponsora çevrilir"

 

AzEdu.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Qasımlı "Azərbaycan universitetləri beynəlxalq reytinq müstəvisində: gerçəklik və hədəflər" mövzusunda keçirilən dəyirmi masada qeyd edib.

 

Deputat tələbələrin ən çox üz tutduğu xarici ölkələrdən söz açıb:

 


"Müxtəlif ölkələrdə təhsil alan tələbələrimiz müəyyən qrupların təsirinə düşə bilirlər. Bu da bizim təhlükəsizlik baxımından vacib məsələdir. Bəs biz bu axının qarşısının almaq üçün nə etməliyik? Universitetlərimizin qapılarını açmalıyıq,qəbulu asan,təhsili çətin etməliyik. Bacaran oxusun,öyrənsin".


"Başqa bir məsələ də bizim elmi jurnallarımızdır. Niyə bizim elmi nəşrlər beynəlxalq indekslərdə azlıq təşkil edir? Alimin bacarığı onun elmi tədqiqatlarına edilən istinadla ölçülür. Amma burada da çatışmazlığımız var. Mütləq ölkəmizdə tədqiqat universitetləri fəaliyyət göstərməlidir"-deyə,o bildirib.