Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-06 10:29:00
DİM-də bu fənlər üzrə işçi qruplarının iclasları keçirilib

Noyabrın 5-də Dövlət İmtahan Mərkəzində Azərbaycan dili və ingilis dili fənləri üzrə işçi qruplarının iclasları keçirilib.

 

Mərkəzdən AzEdu.az-a bildirilib ki, iclaslarda ümumi (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanı modelinə uyğun tapşırıq nümunələri müzakirə edilib. Hər iki fəndən müzakirəyə təqdim edilmiş mətnlər və tapşırıq nümunələri mövzu, qabiliyyət göstəricisi və mürəkkəblik dərəcəsinə görə təhlil olunub.

 

Növbəti iclaslarda müzakirələr davam etdiriləcək.