Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-05 11:20:00
Oklohoma Universitetinin dosenti ADNSU tələbələrinə seminar keçib

Noyabrın 4-də Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycan Respublikasındakı səfirliyi tərəfindən həyata keçirilən layihə çərçivəsində Azərbaycanda akademik səfərdə olan Oklohoma Universitetinin dosenti Xingru Wu Azərbaycan Dövlət Neft və Sənaye Universitetində olub.

 

AzEdu.az xəbər verir ki, universiteti ziyarət edən qonaq Beynəlxalq Əməkdaşlıq Şöbəsinin dəstəyi və Beynəlxalq əlaqələr üzrə prorektor müavini, dosent Üviyyə Abbasovanın təşkilatçılığı ilə “Neft-qaz mühəndisliyi ixtisası” üzrə təhsil alan tələbələrə “Utilizing real-time pressure and temperature data for surveliance in deepwater development and production” mövzusunda seminar keçib.

 

Tələbələrin marağla dinlədiyi seminar diskusiyalarla davam edib. Dosent Xingru Wu mövzu ilə bağlı tələbələr geniş məlumat verib, onları maraqlandıran sualları cavablandırıb.