Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-04 10:42:00
“Məktəblərdə təhlükəsizliyə diqqət yetirilmir” - Parlamentdə məsələ qaldırıldı

“Məktəblər mühafizə olunmalıdır, amma məktəblərə gedəndə biz bunu görə bilmirik”.

 

AzEdu.az Modern.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinin müzakirəsi zamanı deputat Etibar Əliyev bildirib

 

“Mühafizəçilərə pul verilir, amma şagirdlərin təhlükəsizliyi məsələsinə diqqət yetirilmir. Şagird dərs vaxtı məktəbdən çölə çıxanda onun təhlükəsizliyinə kim zəmanət verir?”, - o bildirib.

 

Deputat Ceyhun Məmmədov da məktəblərin təhlükəsizliyi məsələsinə toxunub. “Digər məsələ məktəblərin mühafizəsidir. Bu yaxınlarda məktəbdə olan hadisə bunu bir daha sübut edir ki, məktəblərimizin mühafizəsinə diqqət yetirilməlidir. Belə hadisələrin olmaması üçün məktəblərdə nəzarət güclənməlidir”.

 

Qeyd edək ki, Milli Məclisdə Elm və təhsil komitəsinin iclası keçirilir.