Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-03 10:45:00
Bu fənlər üzrə qəbul və buraxılış imtahanı proqramları müzakirə olunub  

Noyabrın 2-də Dövlət İmtahan Mərkəzində (DİM) fizika, rus dili (tədris dili) və rus dili (əsas xarici dil) fənləri üzrə işçi qruplarının iclasları keçirilib.

 

Bu barədə AzEdu.az-a DİM-dən məlumat verilib. Bildirilib ki, gündəlik məsələ fizika fənni üzrə I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı modelinə uyğun tapşırıq nümunələrinin, rus dili (tədris dili) fənnindən ali təhsil müəssisələrinə qəbul imtahanı (III ixtisas qrupu üzrə) və rus dili (əsas xarici dil) fənni üzrə isə 11 illik (tam orta) təhsil səviyyəsi üzrə buraxılış imtahanı proqramlarının müzakirəsi olub.

 

Fizika fənnindən müzakirəyə təqdim edilmiş hər bir tapşırıq mövzu, qabiliyyət göstəricisi və mürəkkəblik dərəcəsinə görə təhlil edilib.

 

Rus dili (tədris dili) və rus dili (əsas xarici dil) fənlərindən proqramların müzakirəsi yekunlaşıb. Rus dili (əsas xarici dil) fənnindən ümumi (9 illik) və tam orta (11 illik) təhsil səviyyələri üzrə proqramlar “Abituriyent” jurnalının xüsusi buraxılışlarında, rus dili (tədris dili) fənni üzrə ali təhsil müəssisələrinə qəbul proqramı (III ixtisas qrupu üzrə) isə “Abituriyent” jurnalının birinci sayında dərc ediləcək.

İştirakçılar müzakirə edilən məsələlərlə bağlı fikirlər bildirib və təkliflər veriblər.

Növbəti iclaslarda qeyd edilən fənlərdən imtahan modelləri əsasında hazırlanmış tapşırıqların müzakirəsi aparılacaq.