Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-09-07 16:57:00
Bu universitetimizdən inanılmaz irəliləyiş - Ən güclülərin 138-i oranı seçdi - FOTO  

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasında mühəndis texnologiyalarının  tədrisinin təkmilləşdirilməsini və bu sahədə yüksəkixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədi ilə, 8 noyabr  2016-cı il tarixində yaradılmış Bakı Mühəndislik Universiteti uğurları ilə cəmiyyətdə və ali təhsil sistemində öz mövqeyini gücləndirir. BMU-da Mühəndislik,  Pedaqogika,  İqtisadiyyat  və  idarəetmə fakültəsi fəaliyyət göstərir. BMU-da  olan təhsil mühiti, tədrisin keyfiyyəti, xarici univeritetlərlə əlaqələri, beynəlxalq konfranslar, beynəlxalq mübadilə proqramları ilə əməkdaşlıq və tələbələrin sosial fəaliyyətləri üçün yaradılmış şərait abituriyentlərin universitetə olan marağını günbəgün artırır.

Elektron universitet olan BMU-nun hədəfi ölkəmizin ali təhsilinin inkişaf perspektivində  müasir bilik və bacarığa yiyələnmiş kadr hazırlamaqdır. Ölkə başçısının diqqət və qayğısı sayəsində universitetdə yaradılmış maddi-texniki baza, elmi və praktiki biliklərə sahib akademik heyət qarşıya qoyulmuş məqsədə çatmağa imkan verir.

Bakı Mühəndislik Universiteti  uğurlu fəaliyyəti ilə ictimaiyyətdə və xüsusən abituriyentlər arasında müsbət fikir formalaşdırmışdır. Burada universitetin ictimaiyyətlə əlaqələrinin bir hissəsini təhsil müəssisələri, abituriyentlər və onların valideynləri ilə işgüzar fəaliyyətlər təşkil edir. Tədris ili ərzində həyata keçirilən uğurlu fəaliyyətin nəticəsi universitetə 2018-2019-cu tədris ili üzrə aparılmış qəbulda öz bəhrəsini vermişdir.

DİM tərəfindən keçirilən imtahanlarda iştirak edən 1122 nəfər BMU ixtisaslarını seçmişdir. Bunlardan 551 tələbə dövlət sifarişli, 571 tələbə ödənişli əsaslarla, 487 tələbə isə ingilis dilində olan ixtisasları seçmişdir. 2017-18 –ci illə 2018-19 tədris ili üzrə qəbulun müqayisəsini apardıqda qəbulun ümüumi sayında və yüksək bal kateqoriyasında müsbət fərqi görünür. Ötən il 772 tələbə bu il isə 1122 tələbə BMU ixtisaslarına qəbul olub. Ötən il 500-599 bal toplamış 138, 600-649 bal toplamış 85, 650-baldan çox  30 tələbə qəbul olmuşdursa,  bu il isə 500-599 bal toplamış 89, 600-649 bal toplamış 91 və 650 baldan çox toplamış 48 tələbə BMU-ya qəbul olunub. Ümumilikdə bu il 138 tələbə 600-dən çox bal toplamışdırki bunlardan da 122-si ingilis dilli ixtisaslara 16 nəfəri isə azərbaycan dilində olan ixtisaslara qəbul olunub. 600 baldan çox toplayan tələbələr əsasən Kompyuter mühəndisliyi (ing) 30 nəfər, İnformasiya texnologiyaları (ing) 30 nəfər, Mühasibat uçotu və audit (ing) 15 nəfər, Kimya mühəndisliyi (ing) 14 nəfər , Maliyyə (ing) 8 nəfər, Mexanika mühəndisliyi (ing) 7 nəfər, Biznes işinin təşkili və idarəedilməsi (ing) 5 nəfər, Dünya iqtisadiyyatı (ing) 4 nəfər, Riyaziyyat və informatika müəllimiyi (ing) 4 nəfər, Kimya müəllimliyi (ing) 2 nəfər, Riyaziyyat müəllimliyi (ing) 1 nəfər, Fizika müəllimliyi (ing)  1 nəfər, Sənayenin təşkili və idarəolunması (ing)  1 nəfər, Kompyuter mühəndisliyi (Az) 8 nəfər, Sistem mühəndisliyi (Az)  7 nəfər və Proseslərin avtomatlaşdırılması (Az) 1 nəfər ixtisaslarını seçmişlər.

Kompüter mühəndisliyi ixtisasının keçid balı 648, İnformasiya texnologiyaları ixtisasının keçid balı isə 634 olmuşdur.

Mühəndislik və iqtisadiyyat ixtisasları ilə yanaşı 1-ci və 4-cü qruplar üzrə pedaqoji ixtisasları da yüksək ballı abituriyentlər seçmişlər. Belə ki, 671 balla Riyaziyyat və informatika müəllimliyi (ingilis dilində), 669 balla riyaziyyat müəllimliyi (ingilis dilində),  634 balla kimya müəllimliyi (ingilis dilində), 611 balla fizika müəllimliyi (ingilis dilində) (ingilis dilində),  557 balla biologiya müəllimliyi ixtisaslarını seçərək tələbə adına layiq görülmüşlər.  Qeyd edək ki, ingilis dilində olan ixtisaslara qəbul olunan tələbələr birinci tədris ili universitet kampusunda yerləşən Dillər məktəbində ingilis dili öyrənirlər. Növbəti 4 ili isə ingilis dilində ixtisas dərslərindən tədris olunurlar.

Kampusda yerləşən müasir tipli qız və oğlan yataqxanaları da tələbələrin istifadəsindədir. Yataqxanalarda yaradılmış şərait imkan verir ki, tələbələr ancaq dərsləri ilə məşğul olsunlar.

Universitetin kitabxanasında olan 100 mindən artıq kitab və elektron dərs vəsaitləri də tələbələrin istifadəsindədir. Universitet kampusunda yaradılmış şərait imkan verir ki, tələbələr universitet kampusundan kənara çıxmadan günlük tələbatlarını təmin edə bilsinlər.