Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-11-01 17:22:00
Məktəblilər arasında “Sudoku” intellektual oyun yarışı keçirildi

Elm və Təhsil Nazirliyi nəzdində Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi dərnək üzvləri və şəhər məktəbliləri arasında "Sudoku" intellektual oyun yarışı təşkil edib.

 

Mərkəzdən AzEdu.az-a bildirilib ki, oyun IV-V sinif şagirdləri arasında S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında təşkil olunub. Yarışda 65 nəfər iştirak edib.

 

Qaydalara əsasən, hər iştirakçıya 3 Sudoku cədvəli və 45 dəqiqə vaxt verilib. Yarışın gedişatına mərkəzin İntellektual inkişaf şöbəsinin şöbə müdiri Alik Məmmədov, metodistlər Samirə Əliyeva və Elçin Eminov, baş mütəxəssis Məmmədəli Həsənov və mütəxəssis Mətanət Qasımova nəzarət ediblər.

 

Yarışın sonunda I, II və III yerlərə layiq görülənlər mərkəz tərəfindən diplomla təltif olunublar.