Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-04-05 10:58:00
Maliyyə və mühasibat fakültəsinin tələbələri vergilərlə bağlı təlimdə iştirak ediblər

UNEC-in Maliyyə və mühasibat fakültəsinin tələbələri üçün “Sadələşdirilmiş vergi” mövzusunda təlim keçirilib.

 

AzEdu.az xəbər verir ki,maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev təlimi giriş sözü ilə açaraq “Maliyyə” və “Mühasibat” ixtisaslarında təhsil alan tələbələrin peşə kompetensiyalarının formalaşmasında vergilər və vergitutma barədə biliklərin rolundan bəhs edib.

 

Sonra “Bank Respublika” ASC-nin vergi məsələləri üzrə aparıcı mütəxəssisi Məryəm Abdulova geniş təqdimatla çıxış edərək Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 218-221-ci maddələrinə əsasən sadələşdirilmiş verginin ödəyiciləri, vergitutma obyekti, dərəcəsi, hesablanması qaydası, ödəmə müddəti və bəyannamənin verilməsi barədə ətraflı məlumat verib.

 

Təqdimatdan sonra tələbələrin sualları cavablandırılıb.