![](https://azedu.az/uploads/news/2022/10/azedu.az_arti_inkluziv_379.jpg)
ARTİ Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondu (UNICEF) ilə birgə həyata keçirdiyi “İnklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi” adlı layihə çərçivəsində inklüziv sinif təşkil olunan məktəblərdə metodik dəstək xidmətini təşkil edir.
AzEdu.az xəbər verir ki, layihənin əhatə dairəsinə daxil olan ümumi təhsil müəssisələrində keyfiyyətli inklüziv təhsilin tətbiqini təmin etmək məqsədilə müəllimlərə, korreksiyaedici pedaqoqlara, psixoloqlara və məktəb rəhbərliyinə mentorluq və Fərdi Təlim Planları üzrə dəstək göstərilir. Mentorluq dəstəyi zamanı sözügedən pedaqoji və inzibati heyət ilə əlilliyi olan şagirdlərin məktəbə və müəllimlərə adaptasiyası, sosiallaşması, həmçinin dərslərdə inklüziv təhsil metodlarından istifadə, tədris-təlim prosesində yaranan çətinliklər və onların aradan qaldırılması və valideynlərlə əməkdaşlıq kimi mövzulara dair müzakirələr aparılır, bu istiqamətlərdə təklif və məsləhətlər verilir. Bundan əlavə, mütəxəssislər tərəfindən müəllimlər, korreksiyaedici pedaqoqlar, məktəb psixoloqları və valideynlərə Fərdi Təlim Planlarının tərtibi, təkmilləşdirilməsi və tətbiqi üzrə lazımi köməklik göstərilir.
Qeyd edək ki, metodik dəstək xidməti cari ilin sonunadək davam edəcək.
kitabı
![Sertifikasiyadan 60 bal toplayan növbəti MÜƏLLİM Sertifikasiyadan 60 bal toplayan növbəti MÜƏLLİM](https://azedu.az/uploads/news/2024/06/azedu.az_448643250_869387981900556_5469259988639284040_n_163.jpg)
![Bu müəllim 55 dəqiqəyə 58 bal TOPLADI Bu müəllim 55 dəqiqəyə 58 bal TOPLADI](https://azedu.az/uploads/news/2024/06/azedu.az_Screenshot_2024-06-21_114640_133.png)
![Müəllimlərin sertifikasiya imtahanlarının yeri MƏLUM OLDU Müəllimlərin sertifikasiya imtahanlarının yeri MƏLUM OLDU](https://azedu.az/uploads/news/2024/06/azedu.az_05-30.08.22-02_932.jpg)
![Sertifikasiyanın müsahibə mərhələsinin vaxtı AÇIQLANDI Sertifikasiyanın müsahibə mərhələsinin vaxtı AÇIQLANDI](https://azedu.az/uploads/news/2024/06/azedu.az_azedu.az_-06c284d3166037203920334731510452759_222_745.jpg)
![Daha 2 müəllim sertifikasiyadan maksimum nəticə GÖSTƏRİB Daha 2 müəllim sertifikasiyadan maksimum nəticə GÖSTƏRİB](https://azedu.az/uploads/news/2024/06/azedu.az_Screenshot_2024-06-21_134132_95.png)
![Bu müəllim Şirvan-Salyan bölgəsi üzrə maksimum bal TOPLADI Bu müəllim Şirvan-Salyan bölgəsi üzrə maksimum bal TOPLADI](https://azedu.az/uploads/news/2024/06/azedu.az_Ekran_goeruntusu_2024-06-21_164328_923.png)
![21 faiz müəllim 51-60 bal toplayıb 21 faiz müəllim 51-60 bal toplayıb](https://azedu.az/uploads/news/2024/06/azedu.az_IMG-20240622-WA0031_616.jpg)
![Sertifikasiyadan 53 bal yığan müəllim: Suallar çətin olmasa da, həyəcanlı idim Sertifikasiyadan 53 bal yığan müəllim: Suallar çətin olmasa da, həyəcanlı idim](https://azedu.az/uploads/news/2024/06/azedu.az_Ekran_goeruntusu_2024-06-21_113003_150.png)