Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-24 11:35:00
İmtahanda köçürmənin qarşısını almaq üçün xüsusi metod tətbiq edildi-“Anti fıtrıldaqçı papaqlar”-FOTOLAR

 

Filippində kollec imtahanları zamanı “anti-fırıldaqçı papaqlar” taxan tələbələrin görüntüləri sosial şəbəkələrdə böyük marağa səbəb olub.

 

Legazpi şəhərindəki kolleclərin birində tələbələrdən başqalarının imtahan vərəqlərinə baxmamaları üçün xüsusi başlıq taxmaları tələb edilib.

 

AzEdu.az xəbər verir ki, bir çoxları kartondan, yumurta qutularından və digər təkrar emal edilmiş materiallardan istifadə edərək evdə başlıqlar hazırlayıb, imtahan zalına gətiriblər.

 

Onların müəllimi isə dərsdə və imtahanlarda dürüstlüyü qorumaq üçün əyləncəli bu kimi əyləncəli metodlardan istifadə etdiklərini bildirib.

 

Filippində bir tələbə kollec imtahanı zamanı yumurta qutularından evdə hazırlanmış papaq taxır

Mühəndislik kollecinin maşınqayırma professoru Mary Joy Mandane-Ortiz bu ideyanın "həqiqətən təsirli" olduğunu söyləyib. Professorun ilkin tələbi tələbələrin kağızdan "sadə" dizayn düzəltmələri olub. O, bir neçə il əvvəl Taylandda istifadə edilən bir texnikadan ilhamlanaraq belə bir tətbiqi düşündüyünü nəzərə çatdırıb.

 

Filippində bir tələbə kollec imtahanı zamanı lolipoplarla bəzədilmiş evdə hazırlanmış papaq taxır

 

Mary Joy Mandane-Ortiz bu sayədə tələbələrin imtahana daha yaxşı hazırlaşdıqlarını, yüksək nəticə göstərdiklərini bildirib.

 

O, həmçinin ölkənin digər təhsil müəssisələrinin bu metoddan ilhamlandığını və tətbiq etməyə başladığını qeyd edib.

 

Filippində bir tələbə kollec imtahanı zamanı evdə hazırlanmış eynək taxır