Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-21 10:51:00
Qazaxıstanda məktəblər yenidən məcburi maska rejiminə keçir

Qazaxıstanın Aktobe şəhərinin məktəblərində COVID-19-a yoluxma hallarının kəskin artması ilə əlaqədar məcburi maska rejiminin tətbiqinə başlanılıb.

 

Yerli mətbuatın yazdığına görə, orta təhsil müəssisələrində 500-ə yaxın uşaq virusa yoluxub, onlardan 45-i ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

 

Mütəxəssislər vəziyyətin daha da gərginləşəcəyini istisna etmir və virusun yayılmasının qarşısını almaq üçün məktəblərdə qadağaların tətbiqinə çağırır.

 

 

Mənbə: Sputnik Qazaxıstan