Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-21 10:38:00
Tələbələr icbari tibbi sığorta üzrə maarifləndiriliblər

Oktyabrın 20-də Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə maarifləndirmə tədbiri keçirilib.


AzEdu.az xəbər verir ki, universitetin tələbə və müəllim heyətinin iştirak etdiyi tədbirdə ADNSU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Namiq Gəncəyev iştirakçıları universitet rəhbərliyi adından salamlayıb.


Tədbirdə çıxış edən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və İctimaiyyətlə əlaqələr departamentinin baş məsləhətçisi Elvin Abbasov icbari tibbi sığorta haqqında geniş təqdimatla çıxış edib. Təqdimatda icbari tibbi sığorta sisteminin məqsədi, sistemdən istifadə qaydaları, sığorta haqları, xidmətlər zərfinə daxil olan tibbi xidmətlər, müraciət formaları, tibbi xidmətlərdən istifadə qaydası, həmçinin sığorta xidmətlərinin həyata keçirildiyi tibb müəssisələri və digər mövzular haqqında iştirakçılara ətraflı məlumat verib.


Sonda iştirakçıları maraqlndıran suallar cavablandıırılıb.


Qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi fəaliyyət istiqamətinə uyğun olaraq, icbari tibbi sığortanın təbliği və bu sahədə əhalinin maarifləndirilməsi istiqamətində tədbirlər həyata keçirir.