Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-20 13:49:00
Köçürülməsində yol verilən qanunsuzluqlar, mövcud problemlər-Hamısına SON qoyulacaq

 

Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib. İclasda “Ali təhsil haqqında” qanun layihəsi Elm və Təhsil Nazirliyinin nümayəndələri və təhsil ekspertləri ilə müzakirə olunub.

 

Müzakirə zamanı tələbələrin köçürülməsi prosesilə bağlı bir sıra problemlərə toxunulub.

 

AzEdu.az müzakirədə səsləndirilən əsas məqam və təklifləri təqdim edir.

 

Xaricdə təhsil alan tələbələrin köçürülməsi qanunvericiliklə tənzimləyəcək

 

Komitə sədri Bəxtiyar Əliyev bildirib ki, Xarici ölkələrin təhsil müəssisələrində təhsil alan tələbələrin köçürülməsi mövcud qaydalarla tənzimlənmirdi. Yeni təklif edilən qaydalar artıq bunu da əhatə edəcək.

 

Bakalavriant səviyyədə tələbələrin köçürülməsi məsələsinin “Təhsil haqqında” qanuna təklif edilən dəyişiklik layihəsində müzakirə olunacağı bildirilib.

 

Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm və ali təhsil şöbəsinin müdiri Yaqub Piriyev parlametdə bakalavriat səviyyəsi üzrə tələbələrin köçürülməsi ilə bağlı boşluqların “Təhsil haqqında” qanuna təklif edilən dəyişiklik layihəsində nəzərə alınacağını söyləyib.

 

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov “Təhsil haqqında” qanuna təklif edilən dəyişiklik layihəsinin müzakirəsi zamanı qeyd edib ki, köçürmə əvvəl kütləvi hal alsa da, son zamanlar bu məsələ xeyli tənzimlənib.

 

İclasda “Təhsil haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı deputat Etibar Əliyev qeyd edib ki, rektorlar köçürmə ilə bağlı akademik arayışların verilməsindən qaçırlar:

 

“Bu qanunun qəbul olunmasında hamımız maraqlıyıq. Çünki həm də bununla ali təhsil müəssisələrinin maliyyə müstəqilliyi bərpa da olunar”.

 

Qeyd edək ki, “Ali təhsil haqqında” qanun layihəsi yenidən müzakirəyə çıxarılacaq.

 

Gülcahan Məmmədova
Müəllifin digər yazıları