Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-20 12:16:00
 Vətən müharibəsi iştirakçısı Əli Məhəmmədov bilik yarışında 3-cü yerə layiq görülüb-AzTU 

Elm və Təhsil Nazirliyinin SABAH qrupları layihəsi çərçivəsində Mühəndislik üzrə Bilik Yarışmasının final mərhələsi keçirilib.

 

AzEdu.az xəbər verir ki, “Nar”ın dəstəyi ilə Azərbaycan Texniki Universitetində (AzTU) keçirilən Mühəndislik üzrə Bilik Yarışmasının final mərhələsi riyazi analiz, xətti cəbr və analitik həndəsə, fizika, kimya və mülkü müdafiə fənlərindən 25 qapalı tipli sual əsasında təşkil olunub. Final mərhələsinin nəticələrinə əsasən, AzTU SABAH qruplarının radiotexnika və telekommunikasiya ixtisasının III kurs tələbəsi Əli Məhəmmədov Mühəndislik üzrə Bilik Yarışmasında 3-cü yerə layiq görülüb.

 

Qeyd edək ki, Əli Məhəmmədov 44 günlük Vətən müharibəsində iştirak edib. O, Suqovuşan və Ağdam istiqamətində gedən döyüşlərdə iştirak edib. Prezident İlham Əliyevin sərəncamlarına əsasən, Əli Məhəmmədov "Vətən müharibəsi iştirakçısı",  "Ağdamın azad olunmasına görə", “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

 

Əli Məhəmmədov hazırda AzTU-nun əməkdaşlıq etdiyi “Code Academy” də təhsil alır.