Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-20 09:36:00
ADNSU-da “Narkomaniyaya yox deyək”- mövzusunda tədbir keçirilib

Oktybarın 19-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Narkomaniyaya yox deyək” mövzsunda  maarifləndirici tədbir keçirilib.

 

AzEdu.az xəbər verir ki, tədbirdə çıxış edən ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev əvvəlcə tədbir iştirakçılarına rektor, professor Mustafa Babanlının salamlarını çatdırıb. Sonra narkotik vasitələrin qanunsuz dövriyyəsinin cəmiyyətə və insanların sağlamlığına vurduğu zərərlərdən danışan A.Babayev gəncləri zərərli vərdişlərdən çəkindirməyin və onlarda vətənpərvərlik hislərinin gücləndirilməsinin vacibliyini qeyd edib.

 

Narkomaniyaya qarşı mübarizə tədbirlərinin əhəmiyyətindən danışan Gənc Vətənpərvərlər İctimai Birliyinin sədri Müqamət Əliyev narkomaniyanın ölkəmizdə də geniş vüsət aldığını və gənclərin böyük bir qisminin narkomaniya və onun törətdiyi xəstəliklərdən əziyyət çəkdiyini deyib. O, belə tədbirlər keçirməkdə əsas məqsədin pis vərdişlərə qarşı mübarizə aparmaq, gəncləri maarifləndirilmək olduğunu deyib.

 

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb və tədbirdə fəallığı ilə seçilən tələbələrə sertifikatlar verilib.