Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-19 17:32:00
Azİİ e-Kitab Evində kitab təqdimatı keçirilib

Oktyabrın 19-da Azİİ e-Kitab Evində Qaz-neft-mədən fakültəsinin (QNMF) dekanı, professor Elman İskəndərovun “Neft və qaz kəmərlərinin tikintisi və quraşdırılması texnologiyaları” dərsliyinin təqdimatı keçirilib. Dərslikdə neftin və qazın nəql arteriyalarının-magistral boru kəmərlərinin qısa tarixi və inkişafının əsas mərhələləri təsvir edilib. Həmçinin boru kəmərlərinin təsnifatı, tərkib hissələri haqqında ətraflı məlumatlar verilib. Göstərici 2022-ci ilin nəşri olmaqla yüksək keyfiyyətə və nəfis tərtibata malikdir.

 

AzEdu.az xəbər verir ki, “İnşaat mühəndisliyi”, “Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi”, “Neft-qaz qurğuları mühəndisliyi” ixtisasları üzrə təhsil alan bakalavrlar, magistrantlar və eləcə də neft-qaz kəmərlərinin və obyektlərinin tikintisi sahəsində çalışan tədqiqatçılar və mütəxəssislər üçün nəzərdə tutulub.

 

ADNSU-nun Elmi işlər üzrə prorektoru, professor Lətafət Qardaşova, Azİİ e-Kitab Evinin direktoru Səlahət Mahmudova, QNMF-nin professor- müəllim və tələbə  heyətinin  iştirak etdiyi tədbirdə professor Lətafət Qardaşova çıxış edərək kitbın əhəmiyyəti haqqında danışıb. O, qeyd edib ki, bu dərslik böyük oxucu kütləsi üçün dəyərli vəsaitdir.

 

QNMF-nin Neft-qaz mühəndisliyi kafedrasının müdiri Şahin İsmayılov, kafedranın məsləhətçi-professoru Qafar İsmayılov, Sənaye təhlükəsizliyi və Əməyin mühafizəsi kafedrasının müdiri, professor Sakit Rəsulov, QNMF-nin Neftin-qazın nəqli və saxlanması kafedrasının dosenti Bağırov Əlövsət və həmin kafedranın dosenti Ələsgərov Gülbala çıxış edərək yeni dərsliyin böyük oxucu kütləsi üçün dəyərli vəsait olduğunu bildiriblər.