Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-19 14:32:00
AzTU-da texnoparkın yaradılması məsələsi müzakirə olunub

Azərbaycan Texniki Universitetinin (AzTU) Rəqəmsal Transformasiya üzrə Məşvərət Şurasının növbəti iclası keçirilib.

 

AzTU-dan AzEdu.az-a bildirilib ki, iclasda universitetdə təhsil və tədrisin idarə edilməsi istiqamətində hazırlanan bir sıra rəqəmsal həllər, həmçinin universitetin yenilənmiş saytı şura üzvlərinə təqdim olunub.

 

AzTU-da texnoparkın yaradılması və universitet-sənaye işbirliyinin inkişaf etdirilməsi ilə bağlı məsələlər də şura üzvləri tərəfindən müzakirə olunub.

 

Rektor Vilayət Vəliyev AzTU-nun bu istiqamətdə əməkdaşlıq etdiyi xarici universitetlər və şirkətlər barədə məlumat verib.

 

İclasda universitet-sənaye işbirliyinin inkişafında ali təhsil müəssisələrinin üzərinə düşən öhdəliklərlə bağlı müzakirələr aparılıb və təkliflər verilib.