Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-19 11:09:00
“Ali təhsil haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq

“Ali təhsil haqqında” qanun layihəsi Elm və Təhsil Nazirliyinin nümayəndələri, təhsil ekspertləri ilə müzakirə olunub”.

 

 Bunu Milli Məclisin Elm və Təhsil komitəsinin bu gün keçirilən iclasında komitə sədri Bəxtiyar Əliyev deyib.

 

Komitə sədri bildirib ki, İşçi qrupun 8 iclası keçirilib:

 

“İşçi Qrupun son iclasında artıq qanun layihəsinə komitədə baxılmasına razılıq verilib. Komitədə bu gün müzakirələri Elm və Təhsil Nazirliyi ilə birlikdə davam etdirəcəyik. İşçi qaydada bütün məsələlər öz həllini tapır”.