Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-18 17:56:00
ADNSU-da “Müstəqilliyimiz əbədidir” adlı kitab sərgisi təşkil olunub

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ e-Kitab Evində 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr edilmiş kitab sərgisi təşkil olunub.

 

Bu barədə AzEdu.az-a ADNSU-dan məlumat verilib.

 

“Müstəqilliyimiz əbədidir” adlı sərgidə ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının taleyində, müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında və inkişafında tarixi xidmətlərindən bəhs edən kitablar yer alıb. Sərgidə, həmçinin ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə respublikamızın ictimai-siyasi, iqtisadi, sosial həyatında qazanılan uğurları əks etdirən müxtəlif nəşrlər nümayiş olunur.