Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-19 09:53:00
Müəllimlərin diqqətinə -Gələn il ilk  bu fənlər üzrə sertifikasiya keçiriləcək 

Sertifikasiya prosesinin ibtidai sinif üzrə Bakı, Abşeron, Xızı, Quba, Xaçmaz, Gəncə və Daşkəsəndə keçirildikdən sonra müəllimləri düşündürən əsas məqamlardan biri də digər fənlər üzrə prosesin hansı ardıcıllıqla davam edəcəyi ilə bağlıdır.

 

Elm və təhsil naziri Emin Əmrullayev bir neçə ay öncə media üçün keçirilən brifinqdə həmin məsələyə aydınlıq gətirib.

 

AzEdu.az xəbər verir ki, nazir qeyd edib ki, ibtidai sinif üzrə proses respublika səviyyəsində yekunlaşdıqdan sonra buraxılış fənləri (Ana dili, riyaziyyat və xarici dil) üzrə sertifikatlaşdırma davam edəcək.

 

Sonra isə proses fənlərin vaciblik dərəcəsinə uyğun olaraq bölüşdürüləcək. Burada onların qəbul prosesinə salınması da nəzərə alınacaq. Fənlər üzrə ən sonda təsviri incəsənət və texnologiyanın keçirilməsi nəzərdə tutulur. Prosesin aralıqlarla 5 il ərzində keçirilməsi nəzərdə tutulur.

 

Qeyd edək ki, ibtidai sinif üzrə sertifikasiya prosesində 11 min nəfər müəllim iştirak edib, onlardan 2 min nəfəri prosesdən keçə bilməyib.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları