Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-17 17:18:00
Bakı məktəbində gender mövzusunda seminar keçirilib

Bakıdakı 130 nömrəli tam orta məktəbdə gender mövzusunda seminar keçirilib.

 

Bu barədə AzEdu.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, seminar Gəncə Regional Qadın Mərkəzi tərəfindən “Gender məktəbi” çərçivəsində fəaliyyətlərin təşkili” layihəsinə əsasən təşkil edilib. Layihənin məqsədi məktəblərdə gender bərabərliyinin təşviqi ilə tolerant, tənqidi düşüncəyə malik və təşəbbüskar yeni nəslin yetişdirilməsinə töhfə verməkdən ibarətdir.

 

Seminarda VIII-IX siniflərində təhsil alan 70 qız və oğlan iştirak edib. Şagirdlərə gender biliklərini artırmaq məqsədilə ətraflı məlumat verilib, onlara təhsilin davamlılığının üstün cəhətləri izah edilib.

 

Seminar çərçivəsində valideyn və müəllimlərlə də görüşlər keçirilib. Görüşlərdə müəllim-şagird-valideyn münasibətləri, icma ilə iş, təhsil göstəriciləri, qızların davamlı təhsilinə dair müzakirələr aparılıb.