Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-17 11:28:00
Vakant vəzifələr üçün müsahibə bu gün yekunlaşır

On dörd dövlət orqanında mövcud olan 44 vakant vəzifə üzrə sentyabrın 27-dən başlanan daxili müsahibə bu gün başa çatır.

 

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, elana çıxarılan vəzifələr üzrə 104 nəfər müraciət edib. Bu günədək 43 namizəd müsahibələrdə uğur qazanaraq dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.