Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2022-10-14 17:18:00
“İş yerində sosial münasibətlər və təşkilati mədəniyyət” mövzusunda təlim keçirilib

Təlimdə Dövlət Turizm Agentliyinin 19 əməkdaşı iştirak edib

 

AzEdu.az xəbər verir ki, 2022-ci il 14 oktyabr tarixində Dövlət İmtahan Mərkəzinin Təlimlər üzrə sektorunun əməkdaşı Miranə Rüstəmli tərəfindən “İş yerində sosial münasibətlər və təşkilati mədəniyyət” mövzusunda təlim təşkil edilib. Təlimdə Dövlət Turizm Agentliyinin 20 əməkdaşı iştirak edib.

 

Təlimdə rəhbərliklə ünsiyyət zamanı diqqət yetirilməsi vacib olan məqamlar, necə müşahidə etməli, problemi rəhbərliyə necə təqdim etməli, razılaşmadığınız məqamları rəhbərliklə hansı üslubla müzakirə etməli, fikir ayrılıqları yaşanan zaman necə ortaq məxrəcə gəlməli, kollektivlə olan münasibətlərin monitorinqini necə aparmalı olduqları, eyni zamanda təşkilati mədəniyyət, onun növləri və s. barədə təlim iştirakçılarına məlumat verilib.Təlimin sonunda təlim iştirakçılarının mövzu barədə sualları cavablandırılıb.

 

Qeyd edək ki, dövlət qurumlarının, özəl sektorun və vətəndaşların müraciətləri əsasında bu və digər mövzularda təlimlərin təşkil olunması davam etdiriləcəkdir.

 

Təlimlərdə iştirak etmək istəyən şəxslər [email protected] elektron poçt ünvanına yaza və ya (012) 310 53 16 (daxili 1221) nömrəsinə zəng edə bilərlər.